Tətildən sonra iş mühitinə qayıtdıqda stress keçirmədən, rahat adaptasiya olmaq üçün xüsusi texnikalar var.

Foodinfo.az mövzu ilə bağlı psixoloq Darya Yauşevanın məsləhətlərini təqdim edir.

O, iş rejiminə tədricən keçməyin və özünüzə kədərlənməyə imkan verməyin vacibliyini vurğulayır. Bəzi insanlar xoş xatirələri yaşatmaq üçün tətildən işə kiçik əşyalar və ya ətirli diffuzorlar və çubuqlar gətirməklə rahatlıq tapırlar.

Psixoloq, həmçinin, hələ məzuniyyətdəykən işə hazırlaşmağı, keçid üçün bir gün ayırmağı məsləhət görür. Məsələn, səfərdən şənbə günü qayıdın. 

Yauşeva mənfi emosiyaları ifadə etmək, özünüzü dəstəkləmək və düşüncələrinizi qurmaq üçün gündəliklərdən və ya yazılı texnikalardan istifadə etməyi təklif edir.

Nəfəs almağa, ətrafınızdakı səslərə, əşyalara və ya qoxulara diqqəti yönəltmək kimi relaksasiya məşqləri gərginliyi azaltmağa və sizi "indiki an"a qaytarmağa kömək edə bilər. 

Stressi azaltmaq üçün iş və şəxsi həyat arasında sərhədlər yaratmaq, elektron məktub və ya zənglərə cavab verməyə xüsusi vaxt təyin etmək və görüləcək işlərin siyahısını tutmaq məsləhətdir.

Leyla