ABŞ-nin İllinoys ştatında sosial şəbəkə ulduzu olan uşaqların maliyyə müdafiəsini nəzərdə tutan yeni qanun qəbul edilib.

Foodinfo.az xəbər verir ki, bundan sonra uşağın sosial media hesabından qazanılan pulun bir hissəsi uşaq 18 yaşına çatana qədər əmanət fonduna verilməlidir.

ABŞ-da belə qanun ilk dəfə qəbul olunur. Oxşar qanun layihəsinə hazırda Vaşinqtonda baxılır.

1 iyul 2024-cü il tarixindən etibarən 16 yaşından kiçik olan bloggerlər və ya valideynlərinin paylaşımlarında iştirak edən uşaqlar, iştirak dərəcələrindən asılı olaraq, həmin paylaşımdan gəlirin müəyyən faizini əldə etmək hüququ qazanacaqlar. Bu vəsaitlər əmanət fonduna köçürülmədikdə isə uşağın məhkəməyə müraciət etmək hüququ var.

Bu qanunun təşəbbüskarı 15 yaşlı Şreya Nallamotu olub. O, ştatın senatoru Devid Kelerə belə təkliflə müraciət edib.

Şreya bloq dünyasında uşaqların mümkün istismarı ilə bağlı narahatlığını ifadə edib. Keler, öz növbəsində, İllinoys ştatının belə bir qanun qəbul edən yeganə ştat olmayacağına əminliyini ifadə edib.

Fərid