Stomatoloji klinikalarda müasir rentgen aparatlarının uşaqlara heç bir zərəri yoxdur.
Foodinfo.az xəbər verir ki, bu barədə "TopSmile" Ekspert Stomatologiya Mərkəzinin baş həkimi Aleksandr Jarov danışıb.
Uşaq stomatoloqunun yanına gedərkən bir çox valideynlər rentgen diaqnostikasının təhlükəsizliyinə şübhə edirlər, çünki onların özlərinin uşaqlıqda gördükləri rentgen aparatları müasirlərdən əhəmiyyətli dərəcədə fərqlənib.
Hazırda isə cihazın şüalanma dərəcəsi xeyli azalıb. Vizioqrafda bir şəkli üçün alınan radiasiya dozası iki-üç mikrozivert, uşaq dozasında olan bir 3D KT və ya Konus-şüalı Kompüter Tomoqrafiyası (KŞKT) üçün isə radiasiya 35-40 mikrozivert təşkil edir, bu da təyyarə iləüç saatlıq uçuş zamanı alınan radiasiya dozasına bərabərdir.
Beləliklə, il ərzində min mikrozivert dərəcəsinin icazəli olduğunu nəzərə alsaq, ilə ya 330-500 diş rengeni və ya 25-28 3D KT təsviri götürülə bilər. Bu isə gündə azı bir dəfə dişirentgen etdirmək deməkdir.
Ona görə də uşaqların dişləri müntəzəm müalicə edildikdə radiasiya dozası dəqiq aşılmır.
Fərid