Yaxın gələcəkdə süni intellektə əsaslanan ağıllı virtual köməkçilər bizə mürəkkəb problemləri həll etməyə və keyfiyyətli şəkildə xidmət göstərməyə yardım edə biləcəklər.

Foodinfo.az xəbər verir ki, bu barədə  ITGLOBAL.COM-un həmtəsisçisi olan iqtisadçı Aleksandr Starodubtsev deyib.

O qeyd edib ki, kassir və taksi sürücüsü kimi bəzi peşələr avtomatlaşdırılmış intellektual idarəetmə sistemlərinin və özü idarə olunan avtomobillərin inkişafı ilə əlaqədar işsiz qala bilərlər. Lakin bu dəyişikliklərin dəqiq nə zaman baş verəcəyi barədə sualın cavabı sənaye sahəsi, bölgə və hüquq normalarına görə dəyişir.

Starodubtsev vurğulayıb ki, peşələri avtomatlaşdırıla bilən insanlar əmək bazarında rəqabətədavamlı qalmaq üçün artıq indidən öz ixtisaslarını dəyişmək və yeni peşələrə yiyələnmək barədə düşünməlidirlər.

Leyla