Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, 19-23 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 50 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 37 müəssisədə nöqsanlar müəyyən olunub.  Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlara icrası məcburi göstərişlər verilmişdir.