Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, 50-yə yaxın sahibkarlıq subyekti ilə videokonfrans formatında keçirilən görüşdə pomidor bitkisinə qoyulan ixrac tələbləri və fitosanitar nəzarət tədbirləri ilə bağlı sahibkarlara ətraflı məlumat verilib. Bildirilib ki, istehsal olunan pomidor məhsulunun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsi daim sahibkarların diqqət mərkəzində olmalıdır. Eyni zamanda bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni metodların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?