2015-ci ildən etibarən əməkdaşlıq etdiyimiz qlobal qənnadı fabriki, partnyorumuz “Storck” fabriki tərəfindən 2023-cü ildə göstərilən yüksək satış nəticələri ilə bağlı şirkətimizə plaket təqdim edilib.

2014-cü ildən əməkdaşlıq etdiyimiz nəhəng qida şirkəti  “Nestle” fabriki Özbəkistanın Daşkənd şəhərində 13 ölkə üzrə distribüterlərin iştirakı ilə “Transform and Win together” konfransında “Veysəloğlu Distribusiya” şirkətini Avrasiya ərazisində “Best Distributor of Nestle Eurasia 2023” mükafatına layiq görüb.

4 ilə yaxındır əməkdaşlıq etdiyimiz dünyanın saqqız və qənnadı məhsulları üzrə lider istehsalçılarından olan “Perfetti Van Melle” fabriki tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan,  MDB ölkələri, Monqolustan və Gürcüstanın da iştirak etdiyi “FIRST CIS DISTRIBUTORS CONFERENCE” tədbirində isə adları qeyd olunan ölkələr arasından Azərbaycanın “Veysəloğlu Distribusiya” şirkəti “Perfetti Van Melle” fabrikinin marmelad kateqoriyası üzrə ən yüksək satış edən şirkət seçilib.