Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Veysəloğlu Distribusiya” şirkəti əməkdaşlıq etdiyi yerli istehsalçılara Rəqabət Məcəlləsi haqqında infosessiyaların keçirilməsinə başlayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.
“Veysəloğlu Distribusiya” şirkətinin hüquqi risklərinin azaldılması məqsədi ilə təşkil etdiyi və 40 nəfər tədarükçünün iştirak etdiyi bu görüşdə haqsız rəqabət hallarının aradan qaldırılması ilə Rəqabət Məcəlləsinin ölkə iqtisadiyyatının və sahibkarlığın inkişafına töhfə verəcəyi bildirilib.
İstehsalçılar əsasən gizli reklam, rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi, əmtəə nişanı, coğrafi göstərilər və bu kimi mövzularla maraqlanblar. Bütün aidiyyatı mövzulara VŞQ Keyfiyyət Təminatı departamentinin rəhbəri Şəhla Yusifova və böyük hüquqşünas Nərmin Davudlu tərəfindən aydınlıq gətirilib.