
Müasir dövrdə allergik xəstəliklərin yaranmasına qidalar da təsir göstərir. Dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir. Qida allergiyası, tərkibində allergen olan məhsulların istehlakı zamanı immun sisteminin reaksiyası ilə yaranır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Foodinfo.az-a bildirilib ki, qanuna əsasən, qida məhsullarının tərkibi, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi və xüsusilə allergen maddələr barədə istehlakçılara dəqiq və aydın məlumat verilməlidir.
Etiketdə aşağıdakı allergenlər mütləq göstərilməlidir:
Qlütenli taxıllar
Xərçəngkimilər
Mollyusklar
Yumurta
Balıq
Yer fındığı
Soya
Süd və süd məhsulları (laktoza daxil olmaqla)
Qərzəkli meyvələr
Kərəviz
Xardal
Küncüt
Kükürd dioksid və sulfitlər
Acıpaxla
Bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır.
AQTA istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlıq üçün nəzarət və maarifləndirməni davam etdirir.