
Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında minifutbol turniri təşkil olunacaq.
Foodinfo.az xəbər verir ki, 2025-ci il 3 may – 21 iyun tarixlərini əhatə edəcək oyunlarda Agentliyin qurumlarını təmsil edən 12 komandanın iştirakı nəzərdə tutulur. Qrup mərhələsində qarşılaşacaq komandalar püşkatma mərasimində müəyyənləşib.
Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.



