
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 4-ü Abşeronda Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb

