Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurasını təmsil edən qurumların kommunikasiya üzrə məsul şəxsləri ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları və bu sahədə effektiv kommunikasiyanın qurulması məsələləri müzakirə olunub. 

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Müzakirələrdə istehlakçıların maarifləndirilməsi zamanı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün təkliflər irəli sürülüb.