Sağlam bir pəhrizə riayət edən və ya un və yumurtanın tərkibində olan qlütenə qarşı allergiyası olan insanlar çörək bişirməkdən mütləq imtina etməli deyillər. Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq, tibb elmləri namizədi Natalia Tananakina danlşıb.
Həkimin sözlərinə görə, reseptdə ənənəvi unu badam və ya düyü ilə, yumurtanı isə alma püresi ilə əvəz etmək olar. Laktoza qarşı dözümsüzlüyü olanlar üçün də bir seçim var. Bu halda bitki mənşəli süd növləri süd məhsullarına yaxşı alternativdir.