Dietoloq  Mixail Ginzburg qırmızı ət istehlakını həftədə üç porsiya ilə məhdudlaşdırmağı tövsiyə edib. Foodinfo.az xəbər verir ki, Gazeta.Ru ilə söhbətində ekspert qeyd edib ki, qırmızı ətin tərkibində çoxlu miqdarda doymuş yağlar var ki, bu da qanda xolesterinin səviyyəsinin artmasına səbəb ola bilər.

"Bu, öz növbəsində, qan damarlarının divarlarında aterosklerotik lövhələrin meydana gəlməsinə səbəb ola bilər və koronar ürək xəstəliyi, miokard infarktı və digər ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər" deyə Ginzburg bildirib.

Mütəxəssisin sözlərinə görə, şəkər tərkibli məhsullar, çips, marqarin, çörək məhsulları da ürək sağlamlığına zərərlidir.

“Onların tərkibində çoxlu yağlar, o cümlədən doymuş və kanserogenlər var”, - ekspert əlavə edib.