Bitki və bitkiçilik məhsullarından nümunə üçün zərərvericilərin toplanması zamanı canlı güvəşəkilli kəpənəklərin toplanması müvafiq tələblərə uyğun həyata keçirilir. 

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir ki, sakit oturan kəpənəkləri toplamaq üsuluna əsasən, yükün üzərində uçan kəpənək olduqda, onun uçuşunu izləmək və əlçatan yerə oturmasını gözləmək lazımdır. Oturan kəpənəkləri aspiratorla yığmaq olmaz. Ehtiyatla və cəld hərəkət edərək kəpənəklərin üstünü kənarları düz və hamar olan geniş sınaq şüşəsi ilə qapamaq lazımdır. Bu zaman kəpənəklərin bığları, başı və ya qanadları zədələnməməlidir. Üstü örtülmüş kəpənək hərəkətsiz oturmağa davam edirsə, sınaq şüşəsini ehtiyatla sürüşdürməklə onu bir qədər narahat etmək lazımdır ki, hərəkət etsin. Hərəkət edən kəpənək sınaq şüşəsinin dib hissəsinə yaxınlaşan kimi, sınaq şüşəsinin ağzını öncə barmaqla, sonra isə pambıq tıxacla bağlamaq lazımdır. Kəpənəyi dərhal morilkaya yerləşdirmək lazımdır;

Hər kəpənək üçün ayrıca təmiz quru sınaq şüşəsi olmalıdır. İkinci canlı kəpənəyi eyni sınaq şüşəsinə (birincinin yanına) yerləşdirmək, eləcə də ölü kəpənəklərin ayaqlarından və ya bığlarından tutmaqla toplamaq olmaz. Bu zaman ölü kəpənəklərin qanadlarının kostal (ön) kənarından nazik pinsetlə ehtiyatla tutmaq lazımdır. Bu zaman kəpənəyin bütün bədən hissələri (xüsusən də qarın hissəsi) bütöv qalmalı və zədələnməməlidir.