Rusiyada kartofun qiymətinin rekord səviyyəyə qalxması ötən il maya dəyərinin aşağı olması ilə izah olunur. Foodinfo.az TASS-a istinadla xəbər verir ki, bu barədə Federal Antiinhisar Xidmətinin rəhbəri Maksim Şaskolski bildirib. O qeyd edib ki, 2024-cü ildə məhsul çox olduğundan aşağı qiymət qeydə alınıb. Hazırda qiymətlər artıb. “İnsanlar bizdən soruşurlar: niyə belə qiymət olub? Biz deyirik ki, keçən il baza aşağı idi”, - deyə Federal Antiinhisar Xidmətinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, Rusiya 2024-cü ildə 2023-cü illə müqayisədə Avropa İttifaqına demək olar ki, üç dəfə az meyvə, tərəvəz və qoz-fındıq tədarük etməyə başlayıb.