Bazarlarda satılan ucuz pendirlərin bir qismi süni maddələrlə hazırlanır. Foodinfo.az bildirir ki, bu cür məhsulların tərkibində bitki mənşəli yağlar, qatılaşdırıcılar və boyalar olur. Saxta pendirlər orqanizmdə həzm pozğunluqları, qaraciyər yüklənməsi və allergik reaksiyalara səbəb ola bilər. Bu məhsullar adətən kazein yerinə palma yağı kimi ucuz yağlarla hazırlanır. 

Palma yağı isə uzunmüddətli istifadə zamanı damar tutulmaları və piylənmə riskini artırır. Təbii pendir istehsalında istifadə olunan süd əvəzinə, saxta pendirlərdə su, nişasta və dadvericilər olur. Belə pendirlər daha ucuz başa gəldiyi üçün bəzi istehsalçılar tərəfindən geniş yayılıb. 

Alıcılar pendirin teksturasına və qoxusuna diqqət etməlidirlər. Qoxusuz və elastik pendirlər çox vaxt təbii deyil. Keyfiyyətli pendir süd qoxusu verməli və asanlıqla kəsilməlidir. 

Saxta pendirlərin istifadəsi xüsusən uşaqlarda inkişaf geriləməsinə səbəb ola bilər. Bu səbəblə sertifikatsız məhsullardan uzaq durmaq vacibdir.