2021-ci ildə Azərbaycanda istixanalarda yetişdirilən pomidorun həcmi 343,06 min ton təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 18,9% çoxdur. Foodinfo.az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 2021-ci ildə Azərbaycanda 3217 istixana (azalma 1,8%) olub, ümumi sahə 1,7 min hektar (artım 13,3%) təşkil edib. 2021-ci ildə istixanalarda həmçinin 23,015 min ton xiyar (artım 41,4%), 4,576 min to badımcan (azalma 17%), 572,7 ton bibər (artım 63,6%), 338,6 ton göbələk (azalma 29%), 33,5 ton soğan (azalma 16,7%), 22 ton lobya (artım 6,1 dəfə), 16,6 ton kələm (azalma 2,2 dəfə), 2,4 ton sarmısaq (azalma 2,3 dəfə) və 91,9 ton çiyələk (artım 7,2%) yetişdirilib. 2021-ci ildə daha çox tərəvəz Şəmkir, Abşeron, Salyan, Samux, Kürdəmir, Tovuz, Hacıqabul və Sabirabad rayonlarında, həmçinin Bakını Xzər və Sabunçu rayonlarında istixanalarda yığılıb. Statistik məlumatlara görə, 2022-ci illin yanvar ayında istixanalarda 20,2 min ton tərəvəz toplanıb.