İranın bir neçə əyalətində 800-dən çox adam göbələkdən zəhərlənib.
Onlardan 11 nəfəri ölüb.
İranın Səhiyyə Nazirliyi 230 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. 3 nəfər qaraciyər transplantasiyası əməliyyatı keçirib.
Qeyd olunur ki, zəhərlənmə halları əsasən İranın qərbində - Kirmanşah, Kürdüstan, Luristan, Zəncan, Qərbi və Şərqi Azərbaycan, eləcə də Həmədan əyalətlərində qeydə alınıb. (Trend)