Acqarına acı bibər yemək bəzi insanlar üçün faydalı olsa da, digərləri üçün zərərli ola bilər. 

Foodinfo.az xəbər verir ki, acı bibərin tərkibində olan kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir, yağ yandırmağı stimullaşdırır və immuniteti gücləndirir. 

Həmçinin qan dövranını yaxşılaşdıraraq enerji səviyyəsini artırır.  

Lakin acı bibər mədədə turşuluğu artıra bilər və bu, qastrit, mədə xorası və ya həssas mədə problemi olan insanlarda yanma hissinə, həzmsizlik və narahatlığa səbəb ola bilər.

Uzun müddət acqarına acı bibər yemək mədə divarına zərər verə bilər.  

Əgər sağlam bir mədəniz varsa, acqarına az miqdarda acı bibər yemək bəzən faydalı ola bilər, lakin həssas mədəyə sahibsinizsə, acqarına yemək tövsiyə edilmir. 

Həmişə mədənizi qorumaq üçün acı qidaları yeməklə birgə və ya yeməkdən sonra istehlak etmək daha məqsədəuyğun sayılır.