İngiltərədə yerli sakinin aldığı bananların arasında nəhəng hörümçək çıxıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə The Sun nəşri yazıb.

35 yaşlı kişi çantada dişi hörümçək və 200-dən çox yumurtanı görməzdən əvvəl bananlardan birini yeyib. Xəsarət alan alıcı hörümçəyi zərərvericilərə qarşı mübarizə xidmətinə göndərmək üçün qutuya salıb. Məhsulu satan şirkətin sözçüsü hörümçəyin Dominikan Respublikasındakı təchizatçılardan gəldiyini təsdiqləyib. Bundan sonra supermarketlər şəbəkəsinin tədarükçüsü yoxlamaları gücləndirib.

Şirkət zərər çəkmiş alıcıdan üzr istəyib və ona 100 funt sterlinq məbləğində təzminat təklif edib, lakin kişi daha böyük ödəniş almaq istəyir. Onun sözlərinə görə, yumurtalarını qoruyan dişi hörümçək onu dişləyə bilərdi.