Qida Təhlükəsizliyi Agentliyi bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunmuş Camal Quliyevin Agentliyə təyinatı ilə bağlı yayılan məlumatları təkzib edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Foodinfo.az-a bildirib ki, məlumat həqiqətə uyğun deyil və bununla bağlı yayılan xəbərin heç bir əsası yoxdur.
Qeyd edək ki, ötən gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunmuş Camal Quliyevin Qida Təhlükəsizliyi Agentliyində yeni vəzifəyə təyin olunması ilə bağlı məlumatlar yayılmşdı.