Bu ilin iyun ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən istehlakçılar 1,856 mlrd. manat həcmində ərzaq məhsulları alıb. Bu, 2021-ci ildə qeydə alınan ən yüksək aylıq göstəricidir. Foodinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, may ayı ilə müqayisədə 12,7% çoxdur. Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,393 mlrd. manatlıq ərzaq məhsulları satılıb. Bu da illik müqayisədə 2,5% çoxdur.