Yay mövsümünün ən qızğın vaxtıdır və lap tezliklə, iyunun 15-dən 1 iyula kimi İçəri Şəhərdə, Bakıda ən iri küçə yeməyi festivalı olan "Summer Food Fest" keçiriləcək.
Biz layihənin təşkilatçısı Aylin Seyidova ilə danışa və hazırlıq işlərinin necə getdiyini öyrənə bildik. Aylin Seyidova əsl yemək festivalının necə keçirilməli olduğunu izah edib.
Şayiə № 1 - Pulsuz yemək. Həqiqətdə isə yeməklərin münasib qiymətləri.
Festival iştirakçılarının menyusunda əsas özəllik münasib qiymətlər olacaq. Məsələn, adi vaxtda 20 manat olan yemək festival çərçivəsində onun "street food" versiyası sizə cəmi 5 manata başa gələcək. Bununla yanaşı, bütün restoranlar zəhərlənmə və digər qəbuledilməz halları istisna edərək keyfiyyətin yüksək səviyyəsinə və qida təhlükəsizliyinə ciddi əməl edirlər.
Şayiə № 2- Darıxdırıcı konsertlər. Həqiqətdə isə trend musiqi və interaktiv əyləncələr.
Komandamız ölkənin ən yaxşı DJ şəbəkələrindən ibarət gündəlik marafon, "Indian Night", "Jazz Night", "Voice of Summer Food Fest" və s. tematik gecələr planlaşdırıb. Yarım ay ərzində fasiləsiz bayram yaşayacaqsınız!
Şayiə № 3- Qarışıqlıq. Həqiqətdə isə yeni tanışlıqlar və ünsiyyət.
Komandamız tədbir zamanı hər yerdə təhlükəsiz və mehriban ab-havanın hökm sürməsi üçün əlindən gələni edir. SFF-nin iştirakçısı olmaq böyük "food&beverage" ailəsinin bir hissəsi olmaq deməkdir. Bu ailədə
tərəfdaşlar və qonaqlar belə festivalların əhəmiyyətini bilirlər və başa düşürlər, habelə hər mövsüm bu təşəbbüsü dəstəkləyirlər. Məhz əyləncələrin müxtəlifliyi sayəsində festivalda həm uşaqlar, həm də onların valideynləri şən vaxt keçirəcəklər.
Şayiə № 4 - Anlaşılmaz publika. Həqiqətdə isə əcnəbilər, ailələr, müasir gənclər.
Yalnız "Summer Food Fest" festivalında Bakının xeyli sakini və əcnəbilərlə qarşılaşmaq mümkündür. Onlar bura istirahət mühiti, əyləncələr və ləziz yeməklər üçün gəliblər. Festivala bir saatlığa gəlinməsindən və ya bütün gecəni burada keçirilməsindən asılı olmayaraq, hər kəsin özünü sanki tətildə, yaxud xaricdə istirahərdəki kimi hiss etdiyi kiçik adadır.
Şayiə № 5- Boş vaxt itkisi. Həqiqətdə isə mütləq dönüş nöqtəsi.
Biz təminat veririk ki, bir dəfə festivalda olsanız yenidən bura mütləq qayıdacaqsınız! Festival qonaqları və iştirakçılarının
qərq olduğu eyforiya və drayv hissi sizi o qədər cəlb edəcək ki, tədbir qurtaranda da siz il boyu ondan ötrü darıxacaqsınız!
Biz isə öz növbəmizdə Sizi artıq iyunun 15-dən, saat 11:00-dan "Summer Food Fest" festivalına gəlməyə dəvət edirik. Giriş biletsizdir. (Milli.az)