Yanvar-may aylarında paytaxtda ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 348,2 milyon manata çatıb. Dövriyyənin 99,4 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.
Bakı Şəhər Statistika İdarəsindən Foodinfo.az-a bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 54,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 45,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-may aylarına nisbətən müqayisədə 28,7 faiz artaraq 191,0 milyon manat olub.