Ayranın faydaları ilə əlaqədar məlumat verən mütəxəssislər, insanı tox saxladığına görə, Ramazan ayında da mütləq istehlak edilməsini zəruri hesab edirlər. Mütəxəssislər ayranın quruluşunun insanı tox saxlamaq xüsusiyyətinə malik olduğunu ifadə edərək, oruc tutanlar üçün əhəmiyyətli bir maye olduğunu söylədi. Ayran insanın ehtiyacı olan vitamin, mineral, zülal və digər qida dəyərlərinin də bədənə balanslı şəkildə alınmasına imkan verir.
Ayran, südə görə çox daha aşağı laktoz miqdarı ehtiva etdiyi üçün həssas insanlarda qabarıqlıq probleminə gətirib çıxarmaz. Bu səbəblə xüsusilə inkişaf dövründəki uşaqların və gənclərin susuzluqlarını aradan qaldırmaları üçün kalorili mayelərin yerinə ayran içmələri çox daha sağlam bir seçimdir.
Mütəxəssislər, ayranın elektrolit tarazlığı üçün önəmli olduğuna toxunaraq, bunları qeyd etdi: "Ayran südə görə daha çox faydalı tərkib ehtiva edən bir məhsuldur, həm də laktoza həssaslığı olan kəslərə həzm çətinliyi çəkmədən südün faydalarından faydalanmaq imkanını təmin edir. Bununla yanaşı ayran hazırlanarkən içərisinə əlavə edilən duz, isti aylarda tərlə itirilən duzun qəbuluna kömək edir və bədəndəki elektrolit tarazlığının qorunmasını təmin edir. Ayranın ehtiva etdiyi zülal və kalsium, nizamlı idman edənlərin ehtiyaclarına ciddi nisbətdə cavab verir". (deyerler.org)