Kəklikotu antiseptik və antibiotik xüsusiyyətlərə malikdir. Soyuqdəymə və öskürək üçün təbii bir vasitədir. Kəklikotu bronxitin müalicəsində də istifadə olunur. Onun yağı ən güclü təbii antimikroblardan biridir, buna görə də boğaz ağrılarının müalicəsində geniş istifadə olunur.
Yeməklərə özünəməxsus bir dad, qoxu verən kəklikotu dəmlənərək çay kimi də istehlak edilir.
Həmçinin kəklikotu yağı kosmetik məhsullarda da istifadə olunur.
Qatığa bir çimdik kəklikotu əlavə etmək yaddaş və beyin üçün çox faydalıdır. Tədqiqatçıların fikrincə, kəklikotu bitkisi beyin üçün ən yaxşı seçimdir.
Kəklikotunun tərkibindəki flavonoid apigenin neyronlar arasında güclü əlaqələr yaradır. Bu maddənin şizofreniya, Alzheimer və Parkinson kimi xəstəliklərin qarşısının alınması və müalicəsində istifadəsi alimlər tərəfindən dəstəklənir. Flavonoidlərlə zəngin pəhriz beyin fəaliyyətini yaxşılaşdırır.
Kəklikotunun tərkibində 2400 aktiv maddə var. O, heç bir əks təsiri olmayan antibakterialdır.