Orqanizmimiz hüceyrələrin yaradılmasında iştirak etdiyi üçün xolesterinə ehtiyac duyur.
Foodinfo.az bildirir ki, qanda yüksək xolesterol səviyyəsi müxtəlif ürək-damar xəstəliklərinin, xüsusən də ürək xəstəliyi, ateroskleroz, qan laxtalanması, infarkt və insult riskini artırır. Həkimlərin fikrincə, qanda xolesterinin artmasının əsas səbəbləri doymuş yağlar və trans yağlardır. Buna görə də, doymuş yağda az olan qidalara keçid problemi həll etməyə kömək edəcək.
Toyuq döşünün tərkibində az miqdarda yağ və xolesterin var. Yarım döşdə yalnız 73 mq xolesterin və 1 q-dan az doymuş yağ var. Həmçinin hinduşka ətinin 100 q-da yalnız 79 mq xolesterin və 2 q doymuş yağ var.