Dietoloq İnna Piçugina orqanizmi insultdan qorumağa kömək edəcək məhsulların adını çəkib. Foodinfo.az bildirir ki, həkim sağlam qidalanmanın əsasını tərəvəz və meyvələrin təşkil etdiyini deyib.

Sağlam insanın pəhrizində yağlı balıq, yosun, qoz və kətan toxumu, kartof, lobya, darı, quru ərik və yulaf əzmesi olmalıdır. Duz istehlakını mümkün qədər aradan qaldırmaq lazımdır.

Sağlam bədən hər gün tərəvəz və meyvələr, yağlar, zülallar və karbohidratlarla zənginləşdirilməlidir. Düzgün balanslaşdırılmış qidalanma uzun ömrün açarıdır.