Qastroenteroloq, tibb elmləri doktoru Vladimir Neronov “sizin” iqlim zonasından tərəvəz yeməyi tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, ekspert RİAMO-ya müsahibəsində bildirib ki, insanların yaşadığı eyni iqlim zonasında yetişdirilən tərəvəzlər xüsusilə faydalıdır. Lakin bəzi tərəvəzlərə qarşı allergiyası olan insanlara onları yemək tövsiyə edilmir.

Mütəxəssisin qeyd etdiyi kimi, tərəvəzlər qida rasionumuzun vacib hissəsidir. Onların tərkibində minerallar, vitaminlər, karbohidratlar, zülallar və bitki yağları, həmçinin həzm üçün zəruri olan bitki lifləri var.

Bitki lifi mikrobiomumuzda sabitləşdirici agent kimi xidmət edir və bağırsaqları orqanizmin düzgün işləməsi üçün stimullaşdırır.

Leyla