Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə keçirir. Bu barədə  Foodinfo.az-a məlumat verən Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev deyib ki, qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlərə keçirilir. Keçirilən reydlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri xatırladılıb və onlara sonuncu xəbərdarlıq edilib. Belə ki, növbəti reyd Xətai rayonunda keçirilib. https://www.facebook.com/aqta.az/videos/916802601841703/