Bir çox meyvə və tərəvəzin normalda zibilə atılan hissələrinin xalq təbabətində istifadəsi normal hal alıb.

Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, badımcanın da saplağının faydalı olduğu açıqlanıb.

Badımcan sağlamlığa bir çox faydası olan tərəvəzlərdəndir. Bildirilir ki, bu tərəvəzin saplağını atmaq əvəzinə qaynadıb suyunu içmək bir çox problemi həll edir.

Kalorisi az olduğu üçün üstünlük verilən badımcan həzm sisteminə sakitləşdirici təsir göstərir.

Əsl vitamin qaynağı olan badımcan saplağı qaynadılaraq istehlak edildikdə tərkibindəki A, B1, B2 və C vitaminləri ilə hemoroid müalicəsində yüksək nəticə verir.

Badımcan saplağı hemoroid müalicəsi ilə yanaşı, dəri və saç sağlamlığı problemlərini aradan qaldırmaq və immunitet sistemini gücləndirmək üçün də çox faydalıdır.

Badımcanın saplağı ilə yanaşı qabıqlarını da qaynatdıqda əldə edilən flavonoidlər və antioksidantlar oynaq iltihablarını aradan qaldırmaqda və qəbizlik problemlərini həll etməkdə təsirlidir.

Badımcan saplağının qaynadılması ilə əldə edilən su acqarına olmaqla gündə 2 dəfə, ümumilikdə 5 gün ərzində istehlak edilməlidir. Daha sonra ən azı 15 gün fasilə verdikdən sonra 2-3 dəfə prosesi təkrarlamaq olar.