Bir çox qida məhsulları var ki, insan sağlamlığına zərər vurur. 

Foodinfo.az xəbər verir ki, bəzi məhsullar isə düşünüldüyü qədər də sağlamlığa zərərli olmur. 

Konserv də ya dondurulmuş tərəvəzlər – təhlükəsiz şəraitdə istehsal olunduğu təqdirdə heç bir risk təşkil etmir. Bu zaman onların qida dəyərləri də azalmır.

Yumurtanın sarısı – yüksək xolesterol səbəbilə zərərli olduğu düşünülür, ancaq aparılan araşdırmalar göstərir ki, qidadakı xolesterol qan dövranındakı xolesterola birbaşa təsir etmir.

Çörək karbohidratla zəngin olduğu üçün zərərli tərəfləri vardır. Ancaq zülal və taxıl baxımından zəngin çörəklər də var. 

Şokolad – üzərində aparılan araşdırmaların fərqli nəticələri var. Məsələn, bitter şokoladın sağlamlığa yararlı olduğu bildirilir. Ancaq bu təkcə ağ şokoladla müqayisədə doğrudur.

Fərid