Tamamilə duzsuz qidalanma bəzi sağlamlıq risklərini artırır. Foodinfo.az xəbər verir ki, RОSБИOTЕХ Universitetinin Qida sənayesi, hotellik və xidmətlər kafedrasının dosenti Dmitri Bystrov “İzvestiya” qəzetinə verdiyi açıqlamada, düşünülmədən tətbiq edilən duzsuz diyetlərin təhlükələrinə diqqət çəkib.

Bystrov bildirib ki, duz çatışmazlığı qan plazmasında hələ kifayət qədər öyrənilməmiş rennin hormonunun səviyyəsinin artmasına səbəb ola bilər. Bundan əlavə, natrium çatışmazlığı insulin ifrazına da mənfi təsir göstərə bilər.

Ekspert vurğulayıb ki, natrium orqanizm üçün vacibdir: su-duz balansını saxlamaq, sinir impulslarının ötürülməsi və əzələ fəaliyyətinin normal işləməsi üçün duza ehtiyac vardır. Əsas məsələ isə gündəlik duz norması həddini aşmamaqdır.

Eyni zamanda, dietoloq Viktoriya Maleeva “Aif.ru”ya açıqlamasında bildirir ki, nar əsas dəmir mənbəyi olmasa da, yüksək C vitamini tərkibi ilə digər qidalardan alınan dəmirin mənimsənilməsinə kömək edir.

Dietoloqun sözlərinə görə, nar, dəmirlə zəngin əsas yeməklərin yanında əlavə qida kimi istifadə oluna bilər və orqanizmin dəmir ehtiyacını effektiv şəkildə dəstəkləyir.