Qafqaz uzunömürlülüyünün sirrinin təmiz hava, su, meyvə-tərəvəz və ətlə bağlı olduğu məlumdur.
Foodinfo.az-ın xəbərinə görə, aparılan araşdırma nəticəsində aydınlaşıb ki, bu amillərə yeyilən yağın tərkibi də daxildir. Eyni zamanda uzunömürlülüyə kababın da təsiri var. Yerli əhali bu yeməyi xüsusi üsulla hazırlayır. Həkimlər Qafqazda bişirilən kababın digər regionlarda hazırlanan kababdan fərqli olduğunu bildiriblər.
Diyetoloqların sözlərinə görə, qoyun ətindən və balıqdan hazırlanan kabab ən faydalıdır.