Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 245,2 min tona çatıb.
Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, ötən illə müqayisədə süd istehsalı 1,3 faiz artaraq 1016,8 min ton, yumurta istehsalı 0,9 faiz artaraq 887,4 milyon ədəd, yun istehsalı isə 1,4 faiz azalaraq 14,5 min ton olub.
Həmçinin 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 7,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 14,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artıb.