Körpəlikdən 5 yaşa qədər uşaqları fıstıqla qidalandırmaq fıstıq allergiyası riskini 81% azalda bilər.

Bu barədə araşdırma “NEJM Evidence” jurnalında dərc olunub.

Təcrübədə uşaqların yarısı körpəlikdən 5 yaşına qədər müntəzəm olaraq fıstıq məhsullarından istifadə edib, digər yarısı isə bu müddət ərzində fıstıqdan olan qidaları qəbul etməyib.

Nəticə göstərib ki, erkən yaşdan fıstıq məhsullarının qida rasionuna daxil edilməsi fıstıq allergiyası riskini 81% azaldıb.

Amerikalı mütəxəssislərin sözlərinə görə, bu, geniş şəkildə tətbiq olunarsa, fıstıqları uşaqların qida rasionuna daxil etmək üçün təhlükəsiz və sadə strategiya on minlərlə allergiya hadisəsinin qarşısını ala bilər.