Qırmızı kələm tərkibindəki qida maddələri və komponentləri sayəsində xərçəngdən şəkər xəstəliyinə qədər bir çox xəstəliyin qarşısının alınmasında təsirli rol oynayır.

 

Mütəxəssislər bildirirlər ki, qırmızı kələm cəmiyyətdə çox rast gəlinən və əlamətlərindən biri unutqanlıq olan B12 vitamini çatışmazlığını aradan qaldırır.

Unutqanlığın təbii çarəsi hesab olunan qırmızı kələm yaddaşı təzələyir.

 

Medicina.az qırmızı kələmin faydalarını təqdim edir:

 

 

DNT-nin zədələnməsinin qarşısını alır

 

Antioksidantlarla zəngin olan qırmızı kələm bədəndəki sərbəst radikallarla mübarizə apararaq DNT zədələnməsinin qarşısını alır.

 

 

Xərçəng riskini azaldır

 

Qırmızı kələm tərkibindəki komponentlər sayəsində xərçəngə qarşı qoruyucu təsir göstərir. Tərkibindəki indol-3 karbinol və kükürd sayəsində xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

 

 

Arıqlamağı asanlaşdırır

 

Pəhriz prosesini asanlaşdıran ən təsirli qidalardan biri olan qırmızı kələm toxluq hissini artırır və çəkiyə nəzarət etməyə kömək edir.

 

Qan şəkərini tarazlayır

 

Liflə zəngin olan qırmızı kələm qan şəkərini balanslaşdırmağa kömək edir və diabet riskini azaldır.

 

 

Sümükləri möhkəmləndirir

 

Qırmızı kələm tərkibindəki kalsium, maqnezium və K vitamini sayəsində sümük sağlamlığını qoruyur və yaxşılaşdırır.

 

 

İmmunitet sistemini gücləndirir

 

Bol C vitamini ehtiva edən və immunitet sistemini gücləndirən qırmızı kələm orqanizmi xəstəliklərdən qoruyur.

Orqanizmdə iltihabı azaldır

 

Qırmızı kələmin tərkibindəki komponentlər orqanizmdə iltihabın qarşısını alır. Beləliklə, daxili orqanlar iltihabdan qorunur.

 

 

Ürək üçün faydalıdır

 

Kaliumla zəngin olan qırmızı kələm bu xüsusiyyəti sayəsində ürək sağlamlığını qoruyur, ürək-damar xəstəlikləri riskini azaldır.

 

 

B12 vitamini çatışmazlığını aradan qaldırır

 

B12 cəmiyyətdə ən çox rast gəlinən vitamin çatışmazlığından biridir. Qırmızı kələm gündəlik B12 vitamini ehtiyacını ödəməyə qadirdir.

 

Araşdırmalar göstərir ki, qırmızı kələmin bütün bu faydalarından yararlanmaq üçün ondan gündə cəmi 50 qram, təxminən 3 xörək qaşığı yemək kifayətdir.