Sağlamlıq üçün çox faydalı olan mixək həddindən artıq istehlak edildikdə bəzi yan təsirlərə səbəb ola bilər. 

Foodinfo.az həddindən artıq mixək istehlakının vacib yan təsirlərini təqdim edir:

Vətəni İndoneziya olan mixək bütün dünyada tanınan və istifadə edilən ədviyyatdır. Kəskin və xoş qoxusu ilə qönçə şəklində satılan mixəklər toz şəklində də satıla bilir. 

Mixəkdən müxtəlif cür istifadə etmək olur, yeməklərə xoş ətir verir, çay kimi dəmləndikdə tənəffüs yolları xəstəliklərinin simptomlarını aradan qaldırır, çeynəndikdə birbaşa ağız qoxusunu aradan qaldırmağa kömək edir. Bu faydalarına baxmayaraq, mixəkdən həddindən artıq istehlak etmək sağlamlığa zərərlidir.

Allergik reaksiyalar:

Kəskin ədviyyat olan mixək həssas dərili insanlarda allergiyaya səbəb ola bilər. Çox mixək istehlakı və ya mixək yağının birbaşa dəriyə çəkilməsi qaşınma, qızartı, yanma və bağırsaqlarda bəzi problemlərə səbəb ola bilər. 

Toksik təsir:

Mixək də digər ədviyyatlar kimi az miqdarda istehlak edilməlidir. Bəzi araşdırmalar göstərir ki, mixəkdən çox istifadə kişilərdə cinsi problemlərə, qan seyrəltilməsinə və zəhərli təsirlərə səbəb ola bilər. Ona görə də heç vaxt həddindən artıq istehlak edilməməlidir.

Cərrahiyyə effekti: 

Bu, qanın laxtalanmasının gecikməsinə səbəb olar ki, bu da qanaxma riskini artırar. Cərrahi əməliyyatdan və diş müalicəsindən ən azı 2 həftə əvvəl mixəkdən istifadə etməkdən çəkinmək lazımdır. 

Ağız həssaslığı:

Mixəyin kəskin və asılılıq yaradan dadı var. Bu ədviyyat ağızda uyuşma kimi həssaslığa səbəb ola bilər. 

Mədəyə zərər verə bilər:

Onu udmaq mədə ağrısı və mədə krampları kimi şikayətlərə səbəb ola bilər. Buna görə də mixəyi udmaq əvəzinə onları çeynəməyə və ya yeməklərdə ədviyyat kimi istifadə etməyə cəhd edin.

Arıqlama effekti:

Mixək çayı müntəzəm istehlak edildikdə insanı arıqladır. 

Hamilə qadınlar üçün uyğun deyil:

Hamiləlik və ana südü zamanı qadınlar qidalanmalarına çox diqqət yetirməlidirlər. Mixək faydalı qida olsa da, hamilə və süd verən qadınlara tövsiyə edilmir. Hamiləlik dövründə mixək, mixək çayı və mixək yağından istifadə etmək təhlükəlidir və həkim məsləhəti olmadan istifadə edilməməlidir.

Diş ətlərinə zərər verə bilər:

Mixəyi çeynəmək və ya qarqara etmək diş ağrılarını aradan qaldırır. Lakin bu üsuldan tez-tez istifadə diş ətinə, dəriyə və selikli qişalara zərər verə bilər. 

Aşağı qan şəkəri:

 Bu ədviyyat qan şəkərinin aşağı düşməsinə səbəb ola bilər. Buna görə də hipoqlikemiya və şəkərli diabet xəstələrinin mixəkdən istifadə etməzdən əvvəl həkimə müraciət etmələri vacibdir.