Şorba sağlam gündəlik pəhrizin ayrılmaz hissəsidir, hazırda dünyada bu yeməyin 150-yə yaxın növü var.
ROSBIOTECH Universitetinin Qida sənayesi, mehmanxana biznesi və servis kafedrasının dosenti, texnika elmləri namizədi Dmitri Bıstrov Life.ru ilə söhbətində şorbanın faydalarından danışıb.
Bəzi insanlar hər gün şorba yemək lazım olduğuna şübhə edir, bunu köhnəlmiş bir tövsiyə hesab edir. Bununla belə, düzgün hazırlanmış şorba zülalların, yağların, karbohidratların, vitaminlərin və mineralların balanslaşdırılmış dəstidir.
Mütəxəssisin sözlərinə görə, toyuq bulyonu soyuqdəymə zamanı əvəzolunmazdır, tərəvəz bulyonu maddələr mübadiləsini aktivləşdirir, noxud bulyonu bağırsaq hərəkətliliyini stimullaşdırır, süd bulyonu çoxlu zülal ehtiva edir və mədənin selikli qişasına yaxşı təsir göstərir.
"Bişmiş tərəvəzlər daha çox qida maddələrini saxlayır və şorbanın maye konsistensiyası mədə-bağırsaq traktını daha ağır yeməklər üçün "hazırlayır". Bundan əlavə, həll olunan bitki lifi və maye insanın toxluq hiss etdiyi vaxtı uzadır", - Bıstrov əlavə edib.