Bu ilin I yarısında Azərbaycanda 246 119 baş iribuynuzlu, 119 164 baş xırdabuynuzlu heyvan sarılıq xəstəliyinə qarşı peyvənd olunub.
Bu barədə Foodinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, heyvanlar arasında sarılıq xəstəliyi qeydə alınmayıb. Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən leptospiroz xəstəliyinə görə epizootik vəziyyət sabitdir.