Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir.
Son zamanlar su hövzələrində çirklilik səviyyəsinin artması insanları narahat edir. Bu səbəbdən bəzi sakinlər məişətdə istifadə etdiyi suyu filtrlər vasitəsilə təmizləməyə çalışırlar.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının sözlərinə görə, Bakı şəhərinə verilən suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur: “Onun hər hansı bir təmizlənməsinə ehtiyac görmürük”.
Daha ətraflı İTV-nin süjetində izləyə bilərsiniz.