İmmunitet sisteminin işləməməsinin qarşısını almaq üçün yediklərimizə diqqət yetirmək çox vacibdir. Pəhrizinizə nə daxil edilməlidir? Foodinfo.az xəbər verir ki, heç bir məhsul və ya vitamin öz-özünə immunitet sisteminə təsir göstərə bilməz.
Balanslaşdırılmış və rasional qidalanma lazımdır, bunun sayəsində orqanizm bütün lazımi vitaminləri və makronutrientləri alacaqdır. İmmunitet sisteminin “ən yaxşı dostları” yulaf, göbələk, balqabaq toxumu, şirin kartof, sarımsaq, zəncəfil, qoz, sitrus meyvələri və giləmeyvə olacaq.
Qarğıdalı unu yemək də faydalı olacaq. Onlar maddələr mübadiləsini normallaşdırmağa, yüksək təzyiqi azaltmağa, immunitet sistemini gücləndirməyə, həmçinin mədə-bağırsaq traktının müxtəlif xroniki xəstəliklərinin qarşısını almağa kömək edəcək.
İspanaq və ya kələm kimi yaşıl tərəvəzlərin tərkibində C vitamini, həmçinin infeksiyaya qarşı mübarizə apara bilən antioksidanlar və beta-karotin var. Bu tərəvəzlər ürək, beyin və bağırsaqlar üçün də faydalıdır. İmmunitet sistemi güclü olduqda, orqanizm xəstəliklərlə mübarizəyə daha yaxşı hazırlaşır.
Fərid