İngiltərədə qida ilə bağlı təminat problemi olan uşaqların sayı son bir ildə iki dəfə artaraq 3,7 milyona çatıb. Foodinfo.az bu barədə “TRT Haber”ə istinadən xəbər yayıb. 


İngiltərənin “Food Foundation” qurumunun məlumatına görə, 2023-cü ilin yanvar ayında uşaqlı ailələrin 21,6 faizi əvvəlki ay övladlarının qida təminatı ilə bağlı problem yaşayıblar. Bu rəqəm 2022-ci ilin yanvarında isə 11,6 faizə bərabər olub. 


Uşaqların qida təminatında yaranan problemlərin səbəbi isə bahalaşma və bu prosesin aşağı gəlirli ailələrə mənfi təsir göstərməsidir.

Nurlan