Kalsium bədənimizin sümük və diş sağlığı üçün vacib olan mineralıdır. Foodinfo.az xəbər verir ki, sinir sistemi, qan təzyiqinin nəzarəti və əzələ funksiyaları üçün də kalsium olduqca önəmlidir.

Süd, kalsiumun ən zəngin və asan əldə edilə bilən mənbələrindən biridir. Gündəlik bir stəkan süd təxminən 300 mg kalsium etiva edir.

Təbii yoqurt, həm zəngin kalsium mənbəyidir, həm də probiotik tərkibinə görə həzm sistemini dəstəkləyir.

Bundan başqa kələm, ispanaq, brokoli, paxlalı bitkilər, dəniz məhsulları kalsium ilə zəngindir.

Qeyd edək ki, kalsium bədənin bir çox həyati funksiyaları üçün zəruridir. Gündəlik kalsium tələbatını ödəmək üçün süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və paxlalıları qidalanma rejiminizə daxil etmək çox vacibdir.