Kardioloq Aurelio Roxas bildirib ki, kivi kimi məhsul yağ yandırma prosesinə təsirinə görə alma, portağal, ananas və avokadodan üstündür.

Foodinfo.az xəbər verir ki, tədqiqatçıların fikrincə, visseral yağ maddələr mübadiləsinə təsir etdiyi və iltihabı tətikləyən hormonlar və maddələr istehsal etdiyi üçün sağlamlığımızın əsas düşmənlərindən biridir.

Həddindən artıq yağ bədənə elə təsir edir ki, qan təzyiqini artırır, 2-ci tip diabet inkişaf etdirir, xolesterin və trigliseridlərin səviyyəsini artırır.

Kivi müntəzəm, lakin normada yeyildikdə, bədən yağını azaltmağa kömək edir və ürək-damar problemlərinin qarşısını alır.

Lif sayəsində kivi bağırsaqların işləməsinə kömək edir, toksinləri və tullantıları bədəndən çıxarır.