Həkimlər kartofdan hazırlanan ən zərərli yeməyi açıqlayıblar.
Foodinfo.az xəbər verir ki, söhbət hər evdə sevərək bişirilən kartof qızartmasından gedir.
Dietoloqların fikrincə, bu yemək bir neçə səbəbdən orqanizmə ciddi ziyan vura bilər.
1. Trans yağlar. Kartofu qızardarkən tərkibində çox miqdarda trans yağ olan yağdan istifadə edirik, bu isə ürək-damar sisteminə mənfi təsir göstərir.
2. Yüksək kalori. Yağda qızardıldığı üçün bu yemək çox kalorilidir və çəki artımına səbəb olur.
3. Akrilamid. Bu, xərçəng şişlərinin əmələ gəlməsinə səbəb olan çox təhlükəli birləşmədir.
Əlbəttə, qızaran kartof çox dadlıdır, lakin həkimlər sağlamlığa zərəri olmayan, daha faydalı alternativləri seçmyi, kartofu buxarda, sobada və ya suda bişirməyi məsləhət görürlər.