Bəzi xəstəliklər üçün meyvə və tərəvəzlərin istehlakı məhdudlaşdırılmalıdır. Foodinfo.az xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina deyir.
O, qeyd edib ki, adətən gündə təxminən yarım kiloqram tərəvəz və meyvə yemək məsləhət görülür. Bununla belə, o, mədə-bağırsaq traktının xəstəliklərinin kəskinləşməsi zamanı bir sıra meyvələrdən çəkinməyə çağırıb.
Mütəxəssis izah edib ki, meyvələr tərkibindəki çoxlu üzvi turşulara görə təhlükəli ola bilər ki, bu da bağırsaqlara daxil olduqda mədə-bağırsaq xəstəliklərinin xroniki və kəskin formalarının gedişatını pisləşdirə bilər. Bundan əlavə, onun sözlərinə görə, fruktoza iştahı oyadır və artıq çəki artımına səbəb olur.