Ispanaq vitaminlərlə zəngin və ürək üçün faydalı olsa da, hər kəs üçün uyğun deyil. Foodinfo.az aif.ru-ya istinadla xəbər verir ki, mütəxəssislər bu məhsulun bəzi insanlarda ciddi əks təsir göstərə biləcəyini bildirirlər.
Mütəxəssislər deyir ki, ən çox fayda xam və gənc ispanaqda olur — burada A, C, E, K vitaminləri, B qrupu vitaminləri, fol turşusu, kalium və antioksidantlar maksimum səviyyədə qorunur. Bu, immuniteti gücləndirir, ürək-damar sistemini dəstəkləyir və çəkini nəzarətdə saxlamağa kömək edir.
Lakin ispanaq bəzi hallarda qətiyyən tövsiyə olunmur. Purin tərkibi səbəbindən podaqra və ya yüksək sidik turşusu səviyyəsi olan insanlar onu yeməməlidir. Həmçinin qastrit, xoralar, kolit, xolesistit, pankreatit, böyrək xəstəlikləri və digər patoloji hallarda ispanaqdan uzaq durmaq lazımdır. 3 yaşa qədər uşaqlara isə lif miqdarının çoxluğu səbəbindən ehtiyatla verilməlidir.






