Qida rasionunda ən çox istifadə edilən xiyar haqqında tez-tez səslənən suallardan biri də “xiyar kökəldirmi?” Xiyar kökəlməyə səbəb olan qida deyil və əksinə, pəhrizlərdə geniş yer alan, kalori baxımından son dərəcə yüngül bir tərəvəzdir.

Foodinfo.az xəbər verir ki,100 qram xiyarda cəmi 12–15 kalori var ki, bu da çəki artımına səbəb olmaq üçün kifayət deyil.

Xiyarın tərkibinin 95 faizdən çoxu sudur və bu xüsusiyyət onu həm orqanizmi nəmləndirən, həm də toksinləri bədəndən atmağa kömək edən bir qida halına gətirir.

Bu tərəvəz çəki artımına səbəb olmur, lakin onu yüksək kalorili souslarla, duzlu qarışıqlarla və ya çörək, pendir kimi əlavə məhsullarla istehlak etmək artıq çəkiyə təsir göstərə bilər. 

Sadə, təbii formada yeyilən xiyar isə həm həzm sistemini yüngülləşdirir, həm də iştahanı tənzimləyir, bu da pəhrizdə olanlar üçün üstünlük sayılır.

Nəticə olaraq, xiyarın özü kökəltmir, yalnız onunla birlikdə istifadə olunan yüksək kalorili əlavələr çəki artımına səbəb ola bilər. 

Gündəlik rasionda xiyardan rahatlıqla istifadə edə bilərsiniz.